Məzmuna keç
Bütün proqramlarSPEAK ON METODU · MƏKTƏB + İMTAHAN + DANIŞIQ

İngilis dilini məktəb, imtahan və danışıq üçün öyrənsin.

Speak On Metodu məktəb mövzularını və buraxılış, blok imtahanı istiqamətində hazırlığı danışıq praktikası ilə birləşdirir. Uşaq qaydanı öyrənir, tapşırıqda tətbiq edir və danışıqda istifadə etməyə çalışır.

1–11-ci siniflər · Canlı onlayn dərslər · Maksimum 6 nəfərlik qruplar

Dərsdə nə baş verir?

Uşağınız addım-addım irəliləyir.

01

Mövzunu anlama

Müəllim səviyyəyə uyğun qrammatika və dil mövzularını izah edir, uşağın çətinlik çəkdiyi hissələri müəyyən edir.

02

Tapşırıqda tətbiq

Məktəb və imtahan istiqamətində suallar, məşqlər və ev tapşırıqları ilə mövzu möhkəmləndirilir.

03

Danışıqda işlətmə

Uşaq öyrəndiyi söz və qaydaları canlı dərsdə fikrini ifadə edərkən istifadə edir; müəllim rəy verir.

Bu proqram kimə uyğundur?

Məqsədinizə uyğun qərar verin.

Uşağınızın hazırkı səviyyəsini ödənişsiz diaqnostika ilə müəyyən edə bilərsiniz. Uyğun qrup və dərs vaxtı müraciətdən sonra dəqiqləşdirilir.

  • Məktəb proqramında ingilis dili mövzularını möhkəmləndirmək istəyir
  • Buraxılış və ya blok imtahanı istiqamətində hazırlaşır
  • Qrammatikanı öyrənməklə yanaşı danışıq praktikasına da ehtiyacı var
Valideyn üçün şəffaflıq

İnkişafı dərsdən sonra da izləyin.

Valideyn panelində uşağınızın davamiyyətini, tapşırıqlarının vəziyyətini və müəllimin rəyini bir yerdə görə bilərsiniz. Beləcə növbəti məşq üçün nəyə diqqət etməli olduğunuz aydın olur.

Valideyn paneli haqqında

Onlayn dərs formatı necə işləyir?

Başlamaq üçün

Speak On Metodu

79 AZN / ay. Əvvəlcə 1 həftə ödənişsiz sınaqda dərs formatı ilə tanış olun.

Sınağa müraciət et
Digər proqram

Only Speaking

Diqqəti gündəlik mövzularda ingiliscə danışıq praktikasına yönəldən proqram.

Proqrama bax
Tez-tez verilən suallar

Başlamazdan əvvəl

Hansı siniflər üçün nəzərdə tutulub?

Proqram 1–11-ci sinif şagirdləri üçündür. Dəqiq mövzu və qrup uşağın səviyyəsinə və məqsədinə uyğun müəyyən edilir.

Azərbaycan və rus bölmələri var?

Bəli. Azərbaycan və rus bölmələri üçün uyğun qrup seçimi müraciət zamanı dəqiqləşdirilir.

Qiymət və sınaq necədir?

Speak On Metodu 79 AZN / aydır. 1 həftə ödənişsiz sınağa müraciət edib dərs formatı ilə tanış ola bilərsiniz.

WhatsApp-da yaz