Diaqnostika və məqsəd
Şagirdin sinfi, Azərbaycan və ya rus bölməsi, hazırkı biliyi və dərsdən gözləntisi dəqiqləşdirilir. Ödənişsiz səviyyə testi ilkin istiqaməti görməyə kömək edir.
Uşağınız evdən müəllimlə canlı dərsə qoşulur. Dərs, tapşırıq və rəy bir prosesin hissələridir; valideyn isə uşağın irəliləyişini şəxsi paneldə izləyə bilir.
Şagirdin sinfi, Azərbaycan və ya rus bölməsi, hazırkı biliyi və dərsdən gözləntisi dəqiqləşdirilir. Ödənişsiz səviyyə testi ilkin istiqaməti görməyə kömək edir.
Uyğun qrup və dərs vaxtı seçilir. Müəllim mövzunu izah edir, uşaqları sual-cavaba və danışıq məşqinə cəlb edir, dərsdən sonra tapşırıq verir.
Tapşırıq və mövzu üzrə nəticələrə əsasən müəllim çətinlikləri görür. Valideyn panelində davamiyyət, tapşırıq vəziyyəti və müəllim rəyi bir yerdə görünür.
Müəllim qaydanı və nümunəni izah edir, şagirdə cavab vermək üçün vaxt ayırır, səhvi izah edir və məşq üçün ev tapşırığı təyin edir. Uşağın səviyyəsinə uyğun mövzu və növbəti addım dərs prosesi ərzində dəqiqləşir.
Müəllimlərin şəxsi profilləri və ixtisas məlumatları hazırda açıq saytda yayımlanmır. Müəyyən qrupa hansı müəllimin təyin olunduğunu müraciət zamanı dəqiqləşdirə bilərsiniz.
Valideyn panelində uşağın dərsə qoşulması, ev tapşırığının yerinə yetirilməsi və müəllimin rəyi görünür. Bu məlumatla hansı mövzuya yenidən baxmaq lazım olduğunu öyrənə bilərsiniz.
Uşağın şəxsi nəticələri açıq səhifədə dərc edilmir; kabinet vasitəsilə göstərilir.
Valideyn sillabusda hər mövzunun qarşısında dərsin keçilib-keçilmədiyini və müəllimin yoxladığı tapşırıqlar əsasında hesablanan ortanı görür. Məsələn, am / is / are mövzusu üçün ayrıca nəticə görünə bilər; Reading və Listening üzrə ayrı cədvəllər arasında axtarış etmək lazım deyil.
Yaşıl işarə dərsin keçildiyini göstərir. Qiymətləndirilmiş işlərdə 80% və yuxarı “mənimsənilib”, 60–79% “qismən mənimsənilib”, daha aşağı nəticə “təkrar lazımdır” kimi işarələnir. Müəllim yoxlamayıbsa faiz göstərilmir.
Only Speaking uşağın sözləri danışıqda istifadə etməsi üçündür. Speak On Metodu məktəb və imtahan mövzularını danışıqla birləşdirir. Hər ikisi canlı onlayn qrup dərsidir.
Bir həftəlik ödənişsiz sınağa müraciət edib uşağınızın dərs formatına uyğunluğunu görə bilərsiniz. Qrup və vaxt mövcud yerlərə əsasən dəqiqləşdirilir. Suallar üçün WhatsApp-da əlaqə saxlayın.
Dərslər onlayn keçirilir; fiziki sinifə gəlmək tələb olunmur.
Qruplar maksimum 6 şagirddən ibarətdir. Konkret qrupun vaxtı və səviyyəsi müraciətdən sonra dəqiqləşdirilir.
Uşağın qoşulacağı qrup və ona təyin olunan müəllim barədə müraciət zamanı məlumat ala bilərsiniz. Sınaq həftəsi dərs formatını yaxından görmək üçündür.
Uşağın sinfi, hazırkı səviyyəsi və məqsədi əsasında dərs yolunu dəqiqləşdirək.
Ödənişsiz sınağa müraciət etSəviyyə testinin müddəti və nəticəyə baxmaq qaydası ilə tanış olun.
Test haqqında oxu